SON XƏBƏRLƏR

Prezident İran rəsmilərinə səsləndi: Lübnan başqalarının müharibəsindən yorulub

2025.02.24, 12:23
Prezident İran rəsmilərinə səsləndi: Lübnan başqalarının müharibəsindən yorulub

Lübnan başqalarının müharibəsindən yorulub və lübnanlıların müharibə və təcavüzlərə qarşı ən yaxşı çıxış yolu onların birləşməsidir.

Gunaz.tv

Bu sözləri Lübnan Prezidenti Cozef Aun İran nümayəndə heyəti ilə görüşündə deyib.

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf və XİN başçısı Abbas Əraqçını qəbul edən Prezident, Fələstin probleminin həll yolu üçün Ər-Riyadda təklif olunan iki dövlətli planı dəstəklədiyini bildirib.

Xatırladaq ki, İran hökuməti İsrail və Fələstin dövlətlərinin rəsmi şəkildə tanınmasını nəzərdə tutan ikili dövlət prinsipinin əleyhinə çıxır. 

Qeyd edək ki, İran nümayəndə heyəti Hizbullah silahlı qruplaşmasının 4 ay əvvəl İsrail ordusu tərəfindən öldürülən keçmiş baş katibi Həsən Nəsrullahın 23 fevralda Beyrutda keçirilən dəfn mərasimində iştirak edib.  

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar