SON XƏBƏRLƏR

İsraildə terror aktı törədilib

2025.02.28, 12:26
İsraildə terror aktı törədilib

İsraildə sürücü maşını piyadaların üstünə sürüb və nəticədə 13 nəfər xəsarət alıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, insident Hayfa rayonunun Pardes-Hana kəndi yaxınlığındakı avtobus dayanacağına yaxın şossedə baş verib. Yaralılardan üçünün vəziyyəti ağırdır.

Polis hadisəni terror aktı kimi qiymətləndirib və bildirib ki, avtomobilin sürücüsü hadisə yerindən qaçmağa çalışarkən polisə bıçaqla hücum edib. Bu anda terrorçu polis qüvvələri tərəfindən zərərsizləşdirilib. Vurğulanıb ki, hadisəni törədən 53 yaşlı fələstinli qeyri-qanuni olaraq İsrail ərazisində yaşayıb və İordan çayının qərb sahilindəki Cenin şəhərindən olub.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar