SON XƏBƏRLƏR

Odessaya raket zərbələri endirildi

2025.03.15, 11:56
Odessaya raket zərbələri endirildi

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, Ukraynanın Odessa şəhərinə və Çernomorsk limanına raket hücumları edilib.

Gunaz.tv

Məlumata görə, hücumlar nəticəsində bölgədə elektrik enerjisi təchizatında ciddi problemlər yaranıb. Odessa sakinləri gərginliyin kəskin dəyişdiyini, Çernomorskda isə ümumiyyətlə işığın kəsildiyini bildiriblər.

Yerli mənbələrin verdiyi məlumata görə, hücum zamanı enerji infrastrukturuna, xüsusilə yarımstansiyalara və Çernomorsk limanına zərbələr endirilib. İlkin məlumatlara əsasən, azı 7 raket zərbəsi qeydə alınıb.

Hazırda hücumun nəticələrinin aradan qaldırılması üçün operativ xidmətlər işləyir. Ukrayna hakimiyyəti hədəf alınan obyektlər və mümkün itkilər barədə rəsmi açıqlama verməyib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar