SON XƏBƏRLƏR

Tramp martın 18-də Putinlə danışmaq niyyətindədir

2025.03.17, 11:18
Tramp martın 18-də Putinlə danışmaq niyyətindədir

Amerika Prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.

Gunaz.tv

Bu barədə Ağ Ev rəhbəri jurnalistlərə deyib.

“Düşünürəm ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir. Ola bilsin ki çərşənbə axşamına qədər nəsə elan edəcəyik. Mən çərşənbə axşamı Prezident Putinlə danışacağam”, - Amerika Prezidenti vurğulayıb.

Tramp bildirib ki, Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir.

“Biz ərazilərdən danışacağıq. Elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir”, - Tramp qeyd edib.

 

C

 

 

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar