SON XƏBƏRLƏR

İsrail ordusu Lübnanda “Radvan” xüsusi təyinatlı qüvvələrinin qərargahına hücum edib

2025.03.17, 13:32
İsrail ordusu Lübnanda “Radvan” xüsusi təyinatlı qüvvələrinin qərargahına hücum edib

İsrailin Müdafiə Ordusu Lübnan ərazisinə yeni zərbələr endirib, radikal “Hizbullah” hərəkatının “Radvan” xüsusi təyinatlılarının qərargahını, eləcə də radikallara məxsus binaları hədəfə alıb.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Ordusu  Lübnanın güneyində “Hizbullah”ın istifadə etdiyi “Radvan” qüvvələrinin və qurğularının komanda və idarəetmə mərkəzinə zərbələr endirib”, - məlumatda bildirilir.

İsrail hərbçiləri qeyd edib ki, “bölgədə bu cür terror obyektlərinin olması iki ölkə arasında atəşkəslə bağlı razılaşmaların kobud şəkildə pozulmasıdır”.

“İsrail Ordusu  Lübnanın güneyində silahlı terrorçulara zərbələr endirməyə davam edəcək və İsrailə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçəcək”, - ordunun mətbuat xidmətindən əlavə olunub.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar