SON XƏBƏRLƏR

Əkbər Azad sürgün cəzasının icrası üçün məhkəmyə çağırıldı

2025.03.17, 15:03
Əkbər Azad sürgün cəzasının icrası üçün məhkəmyə çağırıldı

Tehranda yaşayan azərbaycanlı yazıçı, tədqiqatçı və media fəalı Əkbər Azad Tehranın Baharistan bölgəsinin İnqilab Məhkəməsinin Hökmlərin İcrası Bölməsinə çağırılıb.

Gunaz.tv

Bununla bağlı məhkəmənin elektron poçtu vasitəsilə ona çağırış məktubu göndərilib.

Çağırış məktubunda onun 2 illik sürgün cəzasının icra edilməsi ilə bağlı çaırıldığı bildirilib.

Qeyd edək ki, 2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib.

Lakin daha sonra fəalların hökmü Apellyasiya Məhkəməsində 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar