SON XƏBƏRLƏR

Ağ Ev: Tərəflər Ukraynada sülhə indiki qədər yaxın olmayıblar

2025.03.18, 11:38
Ağ Ev: Tərəflər Ukraynada sülhə indiki qədər yaxın olmayıblar

“Tərəflər Ukraynada sülhə indiki qədər yaxın olmayıblar”.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levit jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Sözçü Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara toxunaraq qeyd edib:

“Biz heç vaxt sülh sazişinə indiki qədər yaxın olmamışıq. Bildiyiniz kimi, ABŞ lideri Donald Tramp bu məqsədə çatmaqda qərarlıdır”.

Karolin Levit iddia edib ki, Ukraynadakı hərbi əməliyyatlar ABŞ-nin əvvəlki administrasiyasına görə başlayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar