SON XƏBƏRLƏR

Ərəb şair və  jurnalistlərə həbs cəzası verildi

2025.03.18, 14:39
Ərəb şair və  jurnalistlərə həbs cəzası verildi

İranın Xuzistan əyalətinin İnqilab Məhkəməsi 5 ərəb şair və jurnalistin həbsinə order verib.

Gunaz.tv

Bu barədə hüquq müdafiəçiləri məlumat yayıb.

Məlumata görə, Mandana Sadiqi və Araş Qalaqulabın hər biri 4 il 1 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib.

Digər qərarla Kuruş Karampur 2 il, Rza Məhəmmədi və Fərzanə Yəhyaabadi isə 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Ərəb jurnalistləri və şairləri “hökumət əleyhinə təbliğat” və “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaqda” ittiham olunublar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar