SON XƏBƏRLƏR

Polşa Rusiya və Belarus ilə sərhədi minalayacaq

2025.03.19, 11:53
Polşa Rusiya və Belarus ilə sərhədi minalayacaq

Polşa iqtidarı Belarus və Rusiya ilə sərhəddə “Şərq qalxanı” müdafiə istehkamları xəttində piyadalara qarşı minaları istifadə etməyi planlaşdırır.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin müavini Pavel Beyda "RMF FM" radiostansiyasının efirində bildirib.

“Bu (piyadalara qarşı minalar – red.), “Şərq qalxanı”nın elementlərindən biri olacaq”, – Beyda vurğulayıb.

Onun sözlərinə görə, Polşaya bir milyona qədər piyadaəleyhinə mina lazımdır, onları ölkə daxilində istehsal etmək niyyətindədirlər.

“Bunu Polşa Silah Qrupunun zavodları edəcək, lakin mən təfərrüatlara varmaq istəmirəm”, – siyasətçi qeyd edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar