SON XƏBƏRLƏR

SEPAH xiyavlı sosial media fəalını həbs etdi

2025.03.19, 15:33
SEPAH xiyavlı sosial media fəalını həbs etdi

SEPAH-ın kəşfiyyat bölməsinin məmurları Ərdəbil əyalətinin Xiyav (Meşgin) şəhərində sosial media fəalını həbs ediblər.

Gunaz.tv

Bu barədə Xiyavın prokuroru Babək Nonəhal məlumat verib.

Prokuror, həbs edilən şəxsin sosial mediadakı paylaşımları ilə "ictimai rəyi çaşdırmağa çalışdığını" deyib.

"O, kiberməkanda ölkənin ərazi bütövlüyünə qarşı çıxan xaricdəki hərəkatlar və dairələrlə təmasda olan separatçı ünsürlərdən biridir”,- prokuror əlavə edib.

SEPAH-a bağlı "Təsnim" xəbər agentliyi də, adı açıqlanmayan şəxsin xaricdəki separatçı qruplarla əlaqədə olduğunu iddia edib.

"Saxlanılan şəx separatçı materiallar hazırlamaq, müqəddəsləri və islami dəyərləri təhqir etməklə, rejimə müxalif qrup və təşkilatların xeyrinə təbliğat apararaq ictimai rəyi çaşdıran fəaliyyətlər göstərib”,- "Təsnim" yazıb.

Kimliyi barədə açıqlama verilməyən azərbaycanlı fəalın dindirildikdən sonra Xiyav həbsxanasına köçürüldüyü bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar