SON XƏBƏRLƏR

Qəzvinli müəllimə həbs cəzası verildi

2025.03.24, 09:30
Qəzvinli müəllimə həbs cəzası verildi

Güney Azərbaycanın Qəzvin şəhərinin İnqilab Məhkəməsinin ikinci şöbəsinin qərarı ilə azərbaycanlı müəlim, məktəb müdiri və ictimai fəal Kübra Tahirxani 3 il azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, "ölkə rəhbəri Əli Xaməneini təhqir etmək" və "hökumətə qarşı təbliğat aparmaq"da günahlandırılıb.

Kübra Tahirxaninin həbs cəzası ilə yanaşı azadlığa buraxıldıqdan sonra 3 il müddətinə ölkədən çıxışına da qadağa qoyulub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar