SON XƏBƏRLƏR

Uolts: Tərəflər Ukraynada həllə yaxındırlar

2025.03.24, 10:21
Uolts: Tərəflər Ukraynada həllə yaxındırlar

Vaşinqton administrasiyası hesab edir ki, Rusiya – Ukrayna müharibəsinin nizamlanması ilə bağlı danışıqların tərəfləri indi sülhə əvvəlkindən daha yaxındırlar.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə Amerika Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts CBS telekanalının efirində bildirib.

“Biz nizamlanmaya yaxınlaşırıq və indi sülhə əvvəlkindən daha yaxınıq”, – o qeyd edib.

Uolts vurğulayıb ki, Moskva və Vaşinqton martın 24-də keçiriləcək Rusiya – Ukrayna müharibəsi üzrə danışıqlarda atəşkəsin təftişi, sülhməramlı kontingent, həmçinin ərazilərin mənsubiyyəti məsələlərini müzakirə edəcəklər.

“Biz faktiki olaraq döyüş təmas xətti olan nəzarət xətti haqqında danışacağıq. Bu həmçinin atəşkəsin təftişi mexanizmləri, sülhməramlılıq, xətlərin hazırkı vəziyyətdə dondurulması ilə bağlı təfərrüatları əhatə edir. Sonra, sözsüz, daha geniş və daimi sülh. Bu, daimi və uzunmüddətli sülh müqabilində ərazi mübadiləsi haqqında müəyyən müzakirə olacaq”, – o, təfərrüatlara varmadan əlavə edib.

“Ukrayna tərəfi bundan təhlükəsizlik zəmanətləri kimi danışır”, – Trampın müşaviri qeyd edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar