SON XƏBƏRLƏR

Rusiya və Amerika nümayəndə heyətlərinin Ər-Riyaddakı növbəti görüşünün saatı məlum olub

2025.03.24, 10:32
Rusiya və Amerika nümayəndə heyətlərinin Ər-Riyaddakı növbəti görüşünün saatı məlum olub

Rusiya və Amerika nümayəndə heyətləri Ər-Riyaddakı Ukrayna münaqişəsinin həllinə dair danışıqlara Bakı vaxtı ilə saat 11:00-da başlamağı planlaşdırırlar.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.

Amerika nümayəndə heyətinə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi elçi Kit Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Uoltsın köməkçilərinin daxil olacağı gözlənilir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar