SON XƏBƏRLƏR

İsrail XİN: Qəzzada hərbi əməliyyat bütün girovlar azad edildikdən sonra başa çata bilər

2025.03.25, 10:30
İsrail XİN: Qəzzada hərbi əməliyyat bütün girovlar azad edildikdən sonra başa çata bilər

Qəzza zolağında hərbi əməliyyat radikalların saxladıqları bütün girovları dərhal azad etməsindən, Qəzza demilitarizasiya olunduqdan, HƏMAS və “İslami cihad” radikal qruplaşmalarının silahlı birləşmələri zolaqdan çıxarıldıqdan sonra başa çata bilər.

Gunaz.tv

Bunu İsrailin xarici işlər naziri Gideon Saar Qüdsdə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasla birgə mətbuat konfransında deyib.

"Müharibə sabah girovlarımızın azad edilməsi, Qəzzanın silahsızlaşdırılması, HƏMAS və “İslami cihad” silahlılarının zolaqdan çıxarılması ilə başa çata bilər. Diplomatik vasitələrlə məqsədlərimizə çatmaqdan şad olardıq. Amma bu mümkün olmasa, hərbi səylərimizi davam etdirməkdən başqa çarəmiz yoxdur", - nazir qeyd edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar