SON XƏBƏRLƏR

Yaponiya Amerikanın yeni rüsumlarının ləğvi üçün Rusiya qazından imtina edə bilər

2025.03.27, 17:34
Yaponiya Amerikanın yeni rüsumlarının ləğvi üçün Rusiya qazından imtina edə bilər

Amerikanın avtomobil idxalına əlavə tariflər tətbiq etməsi Yaponiyanı Rusiya qazından imtinaya məcbur edə bilər.

Gunaz.tv

Bu barədə Yaponiyanın “Nikkei” agentliyi məlumat yayıb.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasu Hayasi bəyan edib ki, hökumət ölkənin avtomobil sənayesinin Amerikanın yeni tarif rejimindən çıxarılması ilə bağlı danışıqlar aparacaq.

Agentlik tərəfindən rəyi öyrənilmiş iqtisadçılar bildiriblər ki, hökumətin nəzərdən keçirdiyi bir neçə variantın arasında Amerikadan taxıl, ət və təbii qaz alışının artırılması da yer alır. Bu, xüsusilə Rusiya qazının ABŞ qazı ilə əvəz edilməsinə gətirib çıxara bilər.

2023-cü ildə Rusiya qazı Yaponiya idxalının 8,9 %-ni, Amerika qazı isə 7,2 %-ni təşkil edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar