GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
KİV: İsrail PUA-ları Dəməşqin ətrafına beş dəfə zərbə endirib
Azərbaycan hərbçiləri "KURTARAN-2025" sualtı axtarış və xilasetmə təlimlərində iştirak edib
İsveçrə mayın 15-dən ölkədə HƏMAS-ı qadağan edəcək
Ynet: İran Suriyada yeni döyüşçülər hazırlayır
İranda daha bir məhbus intihar etdi
KİV: Ukrayna Amerika ilə təbii sərvətlərlə bağlı sazişi bu gün imzalaya bilər
Amerikalı senator: İranın mülki istifadə üçün qabaqcıl sentrifuqalara ehtiyacı yoxdur
İranda Azərbaycana qarşı tədbir keçirilib
Ceyhun Bayramov Küveytin vəliəhd şahzadəsini Azərbaycanın sülh səyləri barədə məlumatlandırıb
Ruslar indi də döyüşdə məktəb avtobusundan istifadə edirlər
9 May paradı təxirə salınmayacaq! - Peskov
Zelenski Moskvanı hədələdi – 9 may paradına görə narahat olsunlar!
İranda ötən il ərzində 18 mindən çox işçi ölüb və ya yaralanıb
Türkiyədən Pakistan açıqlaması: Hindistana xəbərdarlıq edildi
Estoniya Ukraynaya 150 nəfərlik hərbi heyət göndərməyə hazır olduğunu açıqlayıb
İsrailə casusluqda günahlandırılan şəxs edam olundu
İran XİN rəhbərinin müavini Səid Xətibzadə Azərbaycana səfər edəcək
Peyk görüntüləri İran limanının partlamasından sonra dağıntıların miqyasını göstərir
Bloomberg: Putin Amerikanın təklifini rədd edib
Netanyahunun Bakı səfərinin proqramı açıqlandı
İran vəziyyətdən çıxmaq üçün "Heydər baba"dan istifadə edir
Amerika-İran danışıqlarının nəticəsiz qala bilər
İran Amerika ilə danışıqlardan öncə Avropa üçlüyü ilə görüş keçirəcək
Türkiyə Netanyahunun təyyarəsi üçün öz hava məkanından istifadəyə icazə verib
Türkiyədə FETÖ ilə əlaqədar 170-ə yaxın şübhəli saxlanılıb
Britaniya 2024-cü ilin mayından bəri ilk dəfə Yəmənə zərbələr endirib
Keçmiş Mossad rəhbəri: İsrail İranın nüvə silahı əldə etməsinə mane olmalıdır
Evin həbsxanası qarşısında etiraz aksiyası keçirilib
İsraillilərin yarısı Amerikanın dəstəyi olmadan İrana hücumunu dəstəkləyir
ABŞ Rusiya-Ukrayna müharibəsində diplomatik vasitəçilikdən imtina edə bilər
Lukaşenko ilə Putin 4 saat təkbətək danışdılar
Netaniyahu Amerika ilə aramızı vurmağa çalışır - Qalibaf
Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
Sarıcalıya növbəti köç karvanı yola salınıb
BRİKS ölkələri Suriyaya xəbərdarlıq etdi
İran şəhərsalma nazirinin impiçment olunması təklif edilir
Ərdəbili ana: 18 il əvvəl oğlumun adını “Anar” qoymağa icazə vermədilər
Urmu-İstanbul uçuş xətti açılıb
Hindistan-Pakistan sərhədində döyüşlər başladı
Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb
Pezeşkian hökuməti dövründə 1000-dən çox məhbus edam edilib
Qoşaçay şəhər televiziyasında Traxtor oyunlarının televiziyada yayımlanması üçün lisenziya ləğv edilib
Amerika Dövlət Departamenti Quzey Koreya hərbçilərinin Ukrayna münaqişəsində iştirakına münasibət bildirib
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürür.
GünazTV xəbər verir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Azərbaycan təhlükəsizlik orqanlarının yaranma tarixinə və keçdiyi yola qısaca nəzər salır.
1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı olub.
Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Ulu Öndər Heydər Əliyev 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Ömrünün 25 ilini təhlükəsizlik orqanlarında fəaliyyətə həsr etmiş Ümummilli Lider Heydər Əliyev o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Bu siyasət sonralar müstəqil Azərbaycanda sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb.
Dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinə nail olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlətimizin başçısı təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşıb, bu məqsədlə əsaslı struktur islahatları aparılıb. Bu islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Azərbaycan Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında DTX-nin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, bu fəaliyyəti yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib.
GünazTV xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkənin milli təhlükəsizliyini təmin etmək və xarici təhdidlərin qarşısını almaq istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Xüsusilə İranın Azərbaycana qarşı təxribatçı fəaliyyətləri son illərdə genişlənmiş və DTX bu cür təhlükələrə qarşı qətiyyətli addımlar atmışdır.
2022-ci ilin oktyabr ayında DTX ölkə ərazisində İran xüsusi xidmət orqanları ilə əlaqədə olan geniş casus şəbəkəsini ifşa etmişdir. Əməliyyat nəticəsində onlarla şəxs saxlanılmış və onların dövlətə qarşı fəaliyyət göstərdiyi sübuta yetirilmişdir. “Meyse” və “Doktor” kod adlı casusların əsas məqsədi ölkədə qeyri-sabitlik yaratmaq və İranın maraqlarına xidmət edən təxribatlar törətmək idi. Casuslar İran rejiminin tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplamışdır.
2022-ci ilin noyabr ayında DTX İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etmişdir. Əməliyyat zamanı 19 nəfər Azərbaycan vətəndaşı istintaqa cəlb olunmuş və onlardan qanunsuz silah-sursat, dini-ekstremist materiallar götürülmüşdür.
DTX tərəfindən Qusar rayonunda beynəlxalq terror təşkilatları ilə əlaqəli olan dini-ekstremist qruplaşma müəyyən edilərək zərərsizləşdirilmişdir. Araşdırmalarla cinayətkar birliyə daxil olan şəxslərin dairəsi, təşkilatlanma forması, təchizatı, planları ilə bağlı detallar və dəlillər müəyyən edilmişdir.
DTX 2024-cü ilin yanvar ayında Azərbaycan ərazisində İran kəşfiyyatı ilə əməkdaşlıq edən daha bir agentura şəbəkəsini aşkar etmişdir. Şəbəkənin üzvləri ölkədə müxtəlif sahələrdə fəaliyyət göstərərək İranın maraqlarına xidmət edən təxribat xarakterli məlumatlar toplayırdı. Əməliyyat zamanı bir neçə şəxs saxlanılmış və onların İran xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu müəyyən edilmişdir.
İranın Azərbaycana qarşı informasiya müharibəsinə də qarşı DTX effektiv fəaliyyətini davam etdirir. İranın Azərbaycana qarşı informasiya müharibəsi apardığı və bu çərçivədə sosial şəbəkələrdə, mediada yalan məlumatlar yaydığı məlumdur. DTX 2024-cü ildə İran xüsusi xidmət orqanlarının bu fəaliyyətini ifşa edərək, ölkədə İranın təsirinə düşən bir neçə şəxsi müəyyənləşdirmiş və onların dezinformasiya yaymasının qarşısını almışdır. Əməliyyat nəticəsində həmin şəxslər saxlanılmış, onların sosial mediada yaydığı yalan məlumatların ölkədə gərginlik yaratmağa yönəldiyi sübuta yetirilmişdir.
Beləliklə İranın Azərbaycana qarşı həyata keçirməyə çalışdığı onlarla təxribat hərəkətlərinin DTX tərəfindən qarşısının alınmasına dair sadəcə bir neçə nümunə təqdim etdik. Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın suverenliyinin və əhalinin təhlükəsizliyinin qorunması məqsədilə İranın Azərbaycana qarşı yönəlmiş təxribatlarına qarşı ciddi mübarizə aparır. Son illərdə həyata keçirilmiş uğurlu əməliyyatlar sayəsində İranın kəşfiyyat və terror fəaliyyətlərinə qarşı effektli tədbirlər görülmüş, ölkənin təhlükəsizliyi təmin edilmişdir. DTX-nın bu istiqamətdə gördüyü işlər Azərbaycan dövlətinin milli maraqlarını qorumaq üçün atılan mühüm addımlardır.
Ynet: İran Suriyada yeni döyüşçülər hazırlayır
İranda daha bir məhbus intihar etdi
İranda Azərbaycana qarşı tədbir keçirilib
İranda ötən il ərzində 18 mindən çox işçi ölüb və ya yaralanıb
İsrailə casusluqda günahlandırılan şəxs edam olundu
Peyk görüntüləri İran limanının partlamasından sonra dağıntıların miqyasını göstərir
Netanyahunun Bakı səfərinin proqramı açıqlandı
İran vəziyyətdən çıxmaq üçün "Heydər baba"dan istifadə edir
Türkiyədə FETÖ ilə əlaqədar 170-ə yaxın şübhəli saxlanılıb
Evin həbsxanası qarşısında etiraz aksiyası keçirilib
İsraillilərin yarısı Amerikanın dəstəyi olmadan İrana hücumunu dəstəkləyir
Netaniyahu Amerika ilə aramızı vurmağa çalışır - Qalibaf
Ərdəbili ana: 18 il əvvəl oğlumun adını “Anar” qoymağa icazə vermədilər
Urmu-İstanbul uçuş xətti açılıb
Pezeşkian hökuməti dövründə 1000-dən çox məhbus edam edilib
Qoşaçay şəhər televiziyasında Traxtor oyunlarının televiziyada yayımlanması üçün lisenziya ləğv edilib
Amerika balistik yanacaq təminatına görə İran və Çinə sanksiyalar tətbiq etdi
İranın 41 həbsxanada aclıq aksiyası keçirilir
Pakistan ordusu Hindistan PUA-sını vurdu
Netanyahu “Hizbullah” liderinin qətlinin təfərrüatlarını açıqladı
Qəzvində etiraz aksiyası keçirilib
Amerika iranlı tacir və ona bağlı şirkətlərə sanksiya tətbiq edib
Ukrayna ordusundan Rusiyaya ağır zərbə
"Traxtur" Əhvazda "Fulad"ı əritdi- 2-1
Urmu gölünə axan suyun qarşısı alındı
Hollandiya İranı sui-qəsdlərdə ittiham etdi- Səfirlər XİN-ə çaırıldı
İranda partlayış- Yaralıların sayı 516-ə çatıb- YENİLƏNİB
Kanadada İran hökumətinə bağlı daha bir ifşa edilib
Traxtorun qələbəsindən sonra Təbrizdə insanlar küçələrə axışıb
Təbrizdə iki nəfər edam edildi
Ərdəbildə müəllim çatışmazlığı
Ərdəbil əyalətində ölüm hallarının 3 əsas səbəbi açıqlandı
Naxçıvanla Çinin Urumçi şəhəri qardaşlaşır
Qırğızıstanda Azərbaycan ədəbiyyatı guşəsi açılıb
Amerika-İran danışıqların üçüncü raundu: Plan açıqlandı
6 şəhərdə 14 məhkum asıldı
İran Hindistan və Pakistan arasında vasitəçilik təklif etdi
Həmədanlı karikaturaçı beynəlxalq yarışmada birinci oldu