SON XƏBƏRLƏR

Lübnandan İsrailə raketlər atıldı

2025.03.28, 13:13
Lübnandan İsrailə raketlər atıldı

İsrail ordusu Lübnan ərazisindən ölkənin şimal bölgələrinə atəş açılmasını qeydə alıb.

Gunaz.tv

GünazTV "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, Lübnan tərəfdən İsrailin sərhəd bölgələrinə doğru ümumilikdə iki raket atılıb. İsrail ordusu buna cavab olaraq Cənubi Livan ərazisinə zərbələr endirib.

Müdafiə naziri İsrael Katz deyib ki, İsrailin şimalındakı Qaliley bölgəsinə raket atəşinə görə Lübnan məsuliyyət daşıyır. “Biz Qalileya sakinlərinin təhlükəsizliyini təmin edəcəyik və istənilən təhlükəyə qarşı güclə hərəkət edəcəyik”, - o deyib.

Hizbullah şənbə günü atılan raketlərə görə məsuliyyəti rədd edərək, atışlarla "heç bir əlaqəsinin olmadığını" və atəşkəsə sadiq qaldığını iddia edib.

İsrail Hizbullahın cənubda hərbi mövqelərini saxladığını bildirir. Lübnan və Hizbullah deyir ki, İsrail hava hücumları həyata keçirməklə və qoşunlarını sərhədə yaxın beş təpəlik mövqedə saxlamaqla razılaşmanı pozmağa davam edir.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu 2024-cü ilin noyabrından bəri ölkənin şimal bölgələrinə ilk dəfə raket hücumu olduğunu açıqlayıb. Lübnan ərazisindən atılan raketlər hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar