SON XƏBƏRLƏR

Myanmada zəlzələ qurbanlarının sayı 1000-i ötüb

2025.03.29, 12:24
Myanmada zəlzələ qurbanlarının sayı 1000-i ötüb

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma KİV-lərinə istinadən məlumat yayıb. 

Qeyd olunub ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib.

Martın 28-də qeydə alınan öncə 7,7, 12 dəqiqə sonra 7,9 maqnitudalı zəlzələ demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub. Eyni zamanda Saqayn və Mandalay şəhərlərini birləşdirən körpünün bir hissəsi uçub. 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar