SON XƏBƏRLƏR

İran müdafiəyə hazırlaşır?- Media

2025.03.31, 10:39
İran müdafiəyə hazırlaşır?- Media

İran raketləri bütün yeraltı raket şəhərlərində buraxılış qurğularına yüklənir və buraxılmağa hazırdır.

Gunaz.tv

Bunu İranın ingilisdilli “Tehran Times” qəzeti yazıb.

“Pandora qutusunun açılması Amerika hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək”, - deyə, qəzet vurğulayıb. 

Bu, Amerika Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlığından sonraya təsadüf edir.

Qeyd edək ki, rəsmi Tehran əvvəlki mövqeyindən geri oturaraq nüvə proqramı ilə bağlı Amerika ilə dolayı danışıqlara razı olduğunu bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar