SON XƏBƏRLƏR

Təbrizli xanım fəalın ölkədən çıxışına qadağa qoyuldu

2025.03.31, 12:33
Təbrizli xanım fəalın ölkədən çıxışına qadağa qoyuldu

Təbrizli xanım fəal Sima (Əkrəm) Əlipurun ölkədən çıxışına qadağa qoyulub.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, bu barədə Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 3-cü istintaq bölməsi qərar çıxrıb.

Sözügedən bölmənin başçısı Seyid Cavad Fəqihin verdiyi qərara əsasən, xanım Əlipur 6 ay ərzində ölkəni tərk etmək hüququndan məhrum edilib.

Qeyd edək ki, martın 13-də təhlükəsizlik məmurları Təbrizdə yaşayan ictimai fəal Sima Əlipurun evinə hücum edib, axtarış aparı və onun mobil telefonunu müsadirə ediblər.

Martın 17-də isə Sima Əlipur SEPAH-ın kəşfiyyat bölməsinə çağırılıb dindirildikdən sonra həbs edilib və martın 18-də 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşan bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə həbs ediliblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar