SON XƏBƏRLƏR

Lübnan İsraili atəşə tutan silahlıları həbs etdi

2025.03.31, 12:59
Lübnan İsraili atəşə tutan silahlıları həbs etdi

Lübnan ordusu martın 28-də İsrailin şimal rayonlarını atəşə tutan silahlıları həbs edib.

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki bu barədə “Al Hadath” telekanalı Livan Ordusunun komandanlığına istinadən məlumat yayıb.

Lübnan ordusu İsrail ərazisinə raket atılmasında iştirak edən suriyalı və fələstinlilərdən ibarət qrupu saxlayıb.

İsrail ölkənin şimalındakı Kiryat-Şmon şəhərinin martın 28-də atəşə tutulmasına cavab olaraq Lübnanın cənubundakı Hizbullah obyektlərinə, o cümlədən Beyruta aviazərbələr endirib. Bu, 27 noyabr 2024-cü ildə imzalanan atəşkəsdən sonra Beyruta endirilən ilk zərbələr olub.

Xatırladaq ki, Lübnan Prezidenti Cozef Aun aparılan araşdırma zamanı "Hizbullah"ın İsrailin şimalına zərbə endirmədiyinin üzə çıxdığını bildirib və atəş açan silahlıların müəyyənləşdirilməsinə çalışdıqlarını bəyan edib.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar