SON XƏBƏRLƏR

Vuçiç: "Dünya liderləri Putinlə gizli danışıqlar aparıb"

2025.04.02, 13:45
Vuçiç: "Dünya liderləri Putinlə gizli danışıqlar aparıb"

Bəzi dünya liderləri Rusiya Prezidenti Vladimir Putinlə gizli danışıqlar aparıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

“Mən Putinlə artıq üç ildir görüşmürəm, lakin bir çox dünya liderləri onunla gizli söhbətlər aparıb. Mən ən azı iki nüfuzlu dünya liderinin onunla məxfi şəkildə danışdığını bilirəm”, - dövlət başçısı vurğulayıb.

O əlavə edib ki, rusiyalı həmkarı ilə sonuncu dəfə 2021-ci ilin noyabrın 25-də Soçidə görüşüb.

Prezidentlərin növbəti görüşü isə mayın 9-na planlaşdırılıb.

 

 

Ş.E

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar