SON XƏBƏRLƏR

Təbiət Günündə İran həbsxanalarında məhbus olan azərbaycanlı fəallara dəstək

2025.04.03, 11:14
Təbiət Günündə İran həbsxanalarında məhbus olan azərbaycanlı fəallara dəstək

2 aprel Təbiət Günündə Güney Azərbaycanlılar İran həbsxanalarında həbsdə olan azərbaycanlı fəalların ədalətsiz hökmlərinə və İranın məhkəmə və təhlükəsizlik orqanlarının bu duruma biganəliyinə etiraz ediblər.

Gunaz.tv

Etiraçıların əllərində İran həbsxanalarında saxlanılan azərbaycanlı fəalların adları yazılmış əlyazmalar olub.

Onlar həmçinin üzərində türkcə “Vətən uğrunda dustaq olan mübariz yoldaşlarımız, yeni iliniz qutlu olsun” sözləri yazılmış plakatlar hazırlayıblar.

Qeyd edək ki, Araz Əman, Ayaz Seyfxah, Bağır Hacızadə, Əbdüləziz Əzimi Qədim, Kərəm Mərdanə, Mürtəza Pərvin, Mahmud Ocaqlı, Muxtar İbrahimi, Fatimə Atəşi Xiyavi, Vədud Əsədi, Məhəmmədrza Fəqihi, Tahir Nəqəvi, Səyyad Məhəmmədian, Aydın Məhəmmədi, və Kərim İsmayılzadə İran həbsxanalarında saxlanılan azərbaycanlı fəallardır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar