SON XƏBƏRLƏR

Netanyahu Macarıstana getdi

2025.04.03, 12:39
Netanyahu Macarıstana getdi

İsrailin Baş naziri Benyamin Netanyahu Macarıstana rəsmi səfər edib.

Gunaz.tv

GünazTV Globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Macarıstan müdafiə naziri Kriştof Salai-Bobrovnitski məlumat verib.

Szalai-Bobrovnicki deyib: “Biz İsrailin Baş naziri Benyamin Netanyahunu Budapeştə salamlayırıq”. “Magyar Nemzet”in məlumatına görə, Benyamin Netanyahu Budapeştə macar həmkarı Viktor Orabanın dəvəti ilə gəlib. İsrailin baş naziri bir neçə gün Macarıstanda qalacaq. 

“Times of Israel”in məlumatına görə, bu, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) 2024-cü ilin noyabrında Netanyahu barəsində həbs qərarı çıxarmasından sonra onun Avropaya ilk səfəridir.

O, Macarıstanın Baş naziri Viktor Orban tərəfindən dəvət edilib.

Qeyd edək ki, BCM ötən ilin noyabrında “Qəzza zolağında hərbi cinayətlərə görə” İsrailin Baş nazirinin həbsinə dair order verib.

Macarıstanın Baş naziri Viktor Orban isə qərara etiraz edərək Netanyahunu ölkəyə dəvət etmək və BCM qərarının onun ərazisində icra olunmamasını təmin etmək niyyətində olduğunu bildirib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar