SON XƏBƏRLƏR

İran üzrə BMT-nin İnsan Haqları Şurası İranla bağlı qətnamə qəbul etdi

2025.04.04, 11:43
İran üzrə BMT-nin İnsan Haqları Şurası İranla bağlı qətnamə qəbul etdi

BMT-nin İnsan Haqları Şurası Cenevrədə keçirilən 58-ci illik iclasının sonunda İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul edib.

Gunaz.tv

Bu barədə BMT-nin media orqanında məlumat yayılıb.

Bununla yanaşı İranda insan hüquqlarının pozulması ilə bağlı xüsusi məruzəçinin və müstəqil faktaraşdırıcı komitənin missiyası daha bir il uzadılıb. 

Qətnamə lehinə 24 səs əleyhinə 8 səs əleyhinə olmaqla təsdiq edilib.

Qətnamənin mətni İslandiya, Almaniya, Şimali Makedoniya, Moldova Respublikası, Böyük Britaniya və Şimali İrlandiya ölkələri tərəfindən hazırlanmış və martın 21-də Şura Katibliyinə təqdim edilmişdi.

Qətnamədə İnsan Haqları Şurası İranda geniş miqyasda mədəni, siyasi, iqtisadi, sosial və mülki hüquqların pozulmasından narahatlığını ifadə etməklə yanaşı, xüsusilə qadınlara, etnik və dini azlıqlara qarşı şiddətli repressiyalara, eləcə də edamların davamlı artmasına diqqət yetirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar