SON XƏBƏRLƏR

ABŞ Yəməni bombalamaq üçün milyardlarla dollar xərcləyəcək

2025.04.04, 15:47
ABŞ Yəməni bombalamaq üçün milyardlarla dollar xərcləyəcək

ABŞ tərəfindən Yəməndə "Ansar Allah" (husilər) hərəkatına qarşı aparılan əməliyyat qoyulan məqsədlərə çatmır və bu əməliyyatın aparılması üçün aylıq təxminən 1 milyard dollar xərclənəcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, Pentaqon Xusilərə qarşı apardığı zərbələri xüsusən də yeraltı anbarları hədəf alan zərbələri qeyri-effektiv hesab edir. husilər yeraltı qurğularını və digər hədəf olan obyektləri möhkəmləndiriblər.

“Son üç həftə ərzində ABŞ husilərə qarşı zərbələr üçün 200 milyon dollar sərf edib, bu məbləğ hava və dənizdə əlavə qüvvələrin yerləşdirilməsi istifadə olunub. Bütün xərclər nəzərə alındıqda, Yəməndəki əməliyyat ABŞ-yə aylıq 1 milyard dollara başa gələcək və Pentaqon yaxın zamanda Konqresdən əlavə maliyyə vəsaiti tələb etməli olacaq”,- məlumatda deyilir.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar