SON XƏBƏRLƏR

İrana hücum edilsin - Amerika yəhudiləri

2025.04.05, 10:23
İrana hücum edilsin - Amerika yəhudiləri

Amerikada beyin mərkəzi olan Yəhudi Milli Təhlükəsizlik İnstitutunun rəhbəri Maykl Makovski danışıqlardan yan keçməyə çağırış edərək Amerika və İsrailin İranın nüvə proqramına hücum etməli olduğunu bildirib.

Gunaz.tv

Bu barədə xarici media məlumat yayıb.

"İsrail və Amerikanın İrana hərbi hücumu ideyasını dəstəkləyən müəyyən qrupların səyləri Tramp administrasiyasının danışıqlar cəhdinə baxmayaraq davam edir",- Maykl Makovski deyib.

O, hərbi zərbə ilə paralel olaraq maksimum təzyiqə və İrana tez bir zamanda ardıcıl və təkrarlanan hücuma keçməyə çağırıb.

"Həmişə hamı deyir ki, İrana hücum etmək son həll yoludur... Biz son həllə çatmaqdayıq",- M.Makovski bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar