SON XƏBƏRLƏR

Yəməndə SEPAH üzvləri öldürülüb

2025.04.05, 10:46
Yəməndə SEPAH üzvləri öldürülüb

Amerika hərbi hava qüvvələrinin Yəməndə hüsi hədəflərinə endirdiyi zərbələr nəticəsində 70 husi silahlısı və bir neçə SEPAH üzvü həlak olub.

Gunaz.tv

Bu barədə "Əl-Yəmən" telekanalı Yəmənin informasiya naziri Müəmmər əl-Əryaniyə istinadən məlumat yayıb.

Bildirilib ki, SEPAH üzvləri Birləşmiş Ştatların Əl-Hodeyda əyalətinin cənub sahilindəki Əl-Faza bölgəsində husi üsyançılarının toplaşdığı yeri bombaladığı zaman öldürülüb.

"Qırmızı dəniz, Bab əl-Məndab və Ədən körfəzində ticarət gəmiləri və tankerlərə qarşı terror hücumları planlaşdırmaq üçün istifadə edilən nöqtəni hədəf alınıb",- Əl-Əryani mətbuata verdiyi açıqlamada deyib.

SEPAH üzvlərinin öldürülməsi ilə nəticələnən hava hücumunun aprelin 2-də keçirildiyi bildirilsə də, bu barədə məlumat bu gün səhər saatlarında yayılıb.

Qeyd edək ki, bundan əvvəl Ağ Evin milli təhlükəsizlik müşaviri İranın hərbi müşavirləri və husilərin beynəlxalq iqtisadiyyata hücumları ilə bağlı qurğuları, ABŞ-ın Yəmənə hərbi zərbələr endirərkən mümkün hədəfləri arasında olduğunu açıqlamışdı.

Amerika prezidenti Donald Tramp da xəbərdarlıq etmişdi ki, bundan sonra husilərin Yəməndə hər hansı atəş açması birbaşa İran İslam Respublikasına aid edilən hərəkət kimi qiymətləndiriləcək və Tehran üçün ciddi nəticələrə səbəb olacaq.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar