SON XƏBƏRLƏR

Norveç Ukraynaya yardımı üç dəfə artırır

2025.04.05, 11:14
Norveç Ukraynaya yardımı üç dəfə artırır

Norveç 2025-ci ildə Ukraynaya yardımın həcmini üç dəfə artıracaq.

Gunaz.tv

GünazTV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Yens Stoltenberq “NRK” televiziya və radio yayım şirkətinə açıqlamasında bildirib.

O bildirib ki, Norveç hökuməti 2025-ci ildə Ukraynaya göstəriləcək yardımın həcmini əvvəl planlaşdırılan 35 milyard kron əvəzinə 85 milyard Norveç kronuna (təxminən 7,8 milyard ABŞ dolları) çatdırmaq qərarına gəlib.

“Biz hərbi dəstəyi üçqat artırırıq”, – deyə Stoltenberq vurğulayıb.

Qeyd edək ki, Ukraynaya dəstəyin artırılacağı ilə bağlı planları Norveçin Baş naziri Yonas Qar Störe hələ mart ayının əvvəlində açıqlamışdı. O bildirmişdi ki, hökumət tezliklə Ukraynaya yardım büdcəsinin yenidən nəzərdən keçirilməsi ilə bağlı parlamentə müraciət edəcək. Daha sonra Norveç parlamenti bu təklifi təsdiqləyib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar