SON XƏBƏRLƏR

NATO-nun baş katibi Amerikanın Avropanın nüvə təhlükəsizliyinə sadiq olduğuna əmindir

2025.04.05, 12:08
NATO-nun baş katibi Amerikanın Avropanın nüvə təhlükəsizliyinə sadiq olduğuna əmindir

Almaniya, Polşa və Fransa liderlərinin Amerika tərəfindən təmin edilən müdafiə zəmanətlərindən savayı nüvə çətirinin genişləndirilməsinin zəruriliyinə dair bəyanatları ilə əlaqədar NATO-nun baş katibi Mark Rutte Vaşinqtonun öhdəliklərinin dəyişməzliyinə əminliyini ifadə edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

"Amerika dövlət katibi Marko Rubio bu həftə Prezident Donald Trampın televiziyada dediyini təkrarlayıb: Amerika NATO-ya, blokun nizamnaməsinin 5-ci maddəsinə tam sadiqdir", - M.Rutte qeyd edib.

O bildirib ki, bu, Amerikanın nüvə çəkindirməsi vasitəsilə NATO ərazisinin, o cümlədən təşkilatın Avropa hissəsinin əsas zəmanətçisi olduğunu özündə ehtiva edir.

"Avropalı həmkarlarımı televizoru açmağa və NATO ilə bağlı müzakirələr aparılanda Amerika rəhbərliyinin fikirlərini dinləməyə çağırıram", - M.Rutte vurğulayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar