SON XƏBƏRLƏR

Pezeşkian: Tehran Amerika ilə yalnız bərabər əsaslarla danışıqlara razılıq verəcək

2025.04.05, 17:43
Pezeşkian: Tehran Amerika ilə yalnız bərabər əsaslarla danışıqlara razılıq verəcək

İran Prezidenti Məsud Pezeşkian Amerika Administrasiyasının danışıqlara çağırışları ilə İrana qarşı təhdidlərini ziddiyyət kimi qiymətləndirib və bunu tənqid edib.

Gunaz.tv

Pezeşkian Tehranın yalnız bərabərhüquqlu danışıqlara razılıq verəcəyini bildirib.

İranın xarici siyasətində digər dövlətlərlə münasibətlərin vacibliyini vurğulayan Pezeşkian amerikalı həmkarı Donald Trampın İranla danışıqlarla bağlı çağırışına cavab olaraq, ölkəsinin bərabər şərtlər əsasında dialoqun tərəfdarı olduğunu diqqətə çatdırıb.

O, Amerikanın İranı təhdid etmək, eyni zamanda danışıqlara çağırmaq kimi ziddiyyətli siyasətini rədd etdiyini söyləyib.

"Bu gün Amerika təkcə İrana qarşı deyil, bütün dünyaya qarşı bu cür alçaldıcı davranır. Bu isə danışıqların ruhuna ziddir", - deyə İran Prezidenti əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar