SON XƏBƏRLƏR

Belçikanın baş naziri və müdafiə naziri Ukraynaya gedib

2025.04.08, 11:58
Belçikanın baş naziri və müdafiə naziri Ukraynaya gedib

Belçikanın baş naziri Bart de Vever və müdafiə naziri Teo Franken Ukraynaya yollanıblar.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə onlar sosial şəbəkə səhifələrində bildiriblər.

"Biz Ukraynaya doğru yoldayıq", - deyə De Vever öz instaqramında yazıb.

Franken də X sosial şəbəkəsində baş nazirlə birgə foto paylaşaraq, birgə səfəri elan edib. "Baş nazirimizlə birlikdə Ukraynaya doğru hərəkət edirik, avropalıların ən cəsurlarını hər cür dəstəkləyirik", - mesajda bildirilib.

Xatırladaq ki, 2025-ci il fevralın 3-də Belçikada parlament seçkilərindən təxminən səkkiz ay sonra hökumətin yeni tərkibi and içib. Belçikanın yeni baş naziri sağ mərkəzçi "Yeni Flamand Alyansı" siyasi partiyasından olan Bart De Vever olub.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar