SON XƏBƏRLƏR

“Bayraktar”dan növbəti uğur – Dünyada bunu bacaran ilk PUA oldu

2025.04.10, 14:21
“Bayraktar”dan növbəti uğur – Dünyada bunu bacaran ilk PUA oldu

Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal olunan “Bayraktar TB2” pilotsuz uşuş aparatı (PUA) dünyada bir ilkə imza atıb.

Gunaz.tv

GünazTV Türkiyə mediasına istinadla xəbər verir ki, PUA avtonom virildən çıxma manevrasını uğurla həyata keçirərək dünya aviasiya tarixində bu manevranı edən ilk PUA olub. Qeyd edək ki, viril - təyyarənin qəflətən qeyri-sabit olduğu və ətrafında fırlanaraq ciddi yüksəklik itkisinə səbəb olduğu təhlükəli uçuş vəziyyətidir.

Uçuş testi zamanı qəsdən viril vəziyyətinə salınan “Bayraktar TB2” idarəetmə alqoritmləri sayəsində bu kritik vəziyyətdən avtonom şəkildə çıxaraq sabit düz uçuş vəziyyəti alıb.

Bayraktar TB2-nin bu manevri avtonom şəkildə yerinə yetirməsi PUA-nın qabaqcıl uçuş idarəetmə texnologiyalarını ortaya qoydu. Mümkün idarəetmə itkisi ssenarilərində öz missiyasını davam etdirə bilmək əməliyyat təhlükəsizliyinə əhəmiyyətli töhfə verir.

Məlumata görə, indiyə qədər heç bir PUA tərəfindən uğurla tətbiq edilməmiş bu manevr, xüsusilə nəzarət itkisi senarilərində platformanın missiyasını davam etdirməsini təmin edərək əməliyyat etibarlılığını mühüm dərəcədə artırır.

Baykar, turbo mühərrik və süni intellekt sistemləri ilə təchiz edilmiş Bayraktar TB2-nin yeni versiyası olan TB2T-AI üzərində işlərini davam etdirir. Keşanda bu modelin uçuş sınaqları uğurla davam edir; Yüksək sürəti, hündürlüyü və ağıllı uçuş imkanları ilə öz sinfində ən qabaqcıl PUA-lardan biri olması hədəflənir.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar