GünazTV Azpolitika-ya istinadla xəbər verir ki, həmin tanker Avropa İttifaqının sanksiyalar siyahısında yer alır. Saxlanma zamanı gəmi heç bir dövlətin rəsmi bayrağı altında hərəkət etmirdi ki, bu da beynəlxalq hüquqa ziddir. Ekipaj daha sonra bayraq sertifikatı təqdim etsə də (Cibutiyə məxsus), Cibuti rəsmiləri həmin gəminin öz reyestrlərində qeydiyyatda olmadığını təsdiqləyiblər.
Baltik dənizi Rusiya üçün əsas neft ixrac marşrutlarından biridir. Tankerlər adətən Sankt-Peterburq yaxınlığındakı Ust-Luqa limanından yola düşərək Finlandiya körfəzi və Baltik dənizi vasitəsilə Şimal dənizinə, oradan isə qlobal bazarlara çıxırlar. Təkcə ötən il Baltik limanlarından çıxan gəmilər Rusiya neft ixracının təxminən 40 faizini təşkil edib.
Ekspertlərə görə, Avropa İttifaqı Baltik dənizini Rusiya neftinin qeyri-rəsmi ixracı üçün bağlamaqla Moskvanı əsas valyuta gəlirlərindən məhrum etməyi qarşısına məqsəd qoyub. Baltik dənizində tankerlərin saxlanması isə Rusiya üçün həm iqtisadi, həm də siyasi baxımdan ciddi zərbə və alçaldıcı hadisə kimi qiymətləndirilir.
Estoniya və Finlandiya hazırda Rusiyanın dünya okeanına çıxışına nəzarət edən əsas dəniz dövlətləri rolunda çıxış edirlər.
Qeyd edək ki, Estoniya parlamenti yaxın günlərdə “Özünümüdafiə qüvvələri haqqında” qanuna dəyişiklik edərək hərbi gəmilərə ölkənin ərazi sularından kənardakı sahələrdə də nəzarət səlahiyyəti verib.
Ş.E