SON XƏBƏRLƏR

Əfqanıstanda məscid yaxınlığında partlayış olub, bir nəfər ölüb

2025.04.14, 12:53
Əfqanıstanda məscid yaxınlığında partlayış olub, bir nəfər ölüb

Əfqanıstanın şimalında yerləşən Bəlx vilayətinin inzibati mərkəzi olan Məzari-Şərif şəhərində məscid yaxınlığında partlayış baş verib.

Gunaz.tv

GünazTV "Report"-a istinadla xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Şahidlərin sözlərinə görə, ən azı bir nəfər həlak olub, daha üç nəfər xəsarət alıb. İlkin məlumatlara görə, hadisəyə səbəb əvvəlcədən quraşdırılmış partlayıcı qurğunun partlaması olub.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar