SON XƏBƏRLƏR

Talqat Kaliyev: Azərbaycan TDT-nin inkişafının hərəkətverici qüvvəsidir

2025.04.14, 17:43
Talqat Kaliyev: Azərbaycan TDT-nin inkişafının hərəkətverici qüvvəsidir

Azərbaycan Türk Dövlətləri Təşkilatında (TDT) ən əsas rollardan birini oynayır.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bunu politoloq Talqat Kaliyev deyib.

"Azərbaycan TDT-də əsas rollardan birini oynayır. Çünki ölkə təşkilatın hərəkətverici qüvvəsidir", - politoloq vurğulayıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevin təşkilata daxil olan ölkələr arasında inteqrasiyanın dərinləşdirilməsinə dair təşəbbüslərini xüsusilə qeyd edib.

Politoloq, həmçinin bildirib ki, Azərbaycanın beyin mərkəzləri bu məsələ üzərində fəal işləyir: "TDT Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsləri əsasında bu istiqamətdə çox mühüm qərarlar qəbul edib".

"Düşünürəm ki, bu gün Qazaxıstan və Azərbaycan türk inteqrasiyası prosesində aparıcı yerləri tutur, TDT isə beynəlxalq arenada özünü ciddi şəkildə bəyan edir və getdikcə daha çox nəzərə çarpır", - T.Kaliyev vurğulayıb.

Təşkilatın keçirdiyi sammitlərin məhsuldarlığına toxunan politoloq qeyd edib ki, onların hər biri iqtisadiyyatda əməkdaşlığın daha da dərinləşməsi ilə müşayiət olunur, eləcə də yeni layihələrin və yeni təşəbbüslərin yaranmasına gətirib çıxarır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar