“Agentliyin İran və ABŞ arasında necə körpü ola biləcəyini və danışıqlarda müsbət nəticə əldə edilməsinə kömək etmək üçün mən amerikalı müzakirəçi ilə də əlaqə saxlayıram”. - Qrossi bildirib.
Qrossi deyib ki, o, İran rəsmiləri ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin diplomatik prosesə necə dəstək verə biləcəyini müzakirə edib. "Biz bilirik ki, bu proses asan deyil və əlbəttə ki, danışıqların uğur qazanmasını istəməyənlər var. Ancaq biz sülhün bərqərar olması üçün hər cür səy göstərməliyik."
Rafael Grossi bildirib ki, hər hansı razılaşmanın etibarlı olması üçün Agentlik bu prosesdə rol oynamalıdır.
Şahin Elxanoğlu