SON XƏBƏRLƏR

XİN başçısı: Gürcüstan, Azərbaycan və Ermənistan bölgənin potensialını birgə reallaşdıra bilər

2025.04.17, 14:49
XİN başçısı: Gürcüstan, Azərbaycan və Ermənistan bölgənin potensialını birgə reallaşdıra bilər

“Strateji əhəmiyyətli Cənubi Qafqaz bölgəsinin böyük potensialını Gürcüstan, Azərbaycan və Ermənistan birgə reallaşdıra bilər”.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tiflisdə keçirilən üçtərəfli görüşdə çıxışında deyib.

Onun sözlərinə görə, üç ölkəni Tiflisdə bir masa ətrafında birləşdirən Gürcüstanın regional əməkdaşlığın inkişafına və ümumi maraqların müəyyənləşdirilməsinə töhfə verməsi ilə bağlı səmimi istəyidir.

XİN başçısı qeyd edib ki, regionla bağlı fikir mübadiləsinin aparılması və üçtərəfli əməkdaşlıq imkanlarının araşdırılması olduqca zəruridir.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar