SON XƏBƏRLƏR

Azərbaycan ən çox silah alan 20 ölkə sırasında

2025.04.18, 11:28
Azərbaycan ən çox silah alan 20 ölkə sırasında

Dünya bazarına silah ixracımız da artır

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, Dünya Silah Ticarətinin Təhlili Mərkəzi (CAMTO) hərbi texnika idxal edən ölkələrin illik reytinqini dərc edib. Polşa 2024-cü ildə 15,6 milyard dollarlıq alışla ən böyük silah idxalçısı olub. Məlumata görə, sözügedən ölkə 96 Amerika "AH-64E Apache" hücum helikopterinin tədarükü üçün 10 milyard dollarlıq müqavilə imzalayaraq liderlik edib. Müqaviləyə həmçinin helikopterlərin texniki xidməti və ehtiyat hissələrinin tədarükü daxildir. İkinci yerdə 10,25 milyard dollarlıq hərbi alışla Rumıniya, üçüncü yerdə isə Hindistan (9,41 milyard dollar) qərarlaşıb. İlk 5-liyə həmçinin İsrail (8,2 milyard dollar) və Niderland (7,9 milyard dollar) daxil olub. Qardaş Türkiyə reytinqdə altıncı yerdədir (7 milyard dollar).

Qeyd edək ki, Azərbaycan bu siyahıda 16-cı yerdədir (2,220 milyard dollar). Azərbaycanda istehsal olunan silahlar hər növbəti il daha mükəmməl olur və dünya silah bazarında daha cəlbedici görünür. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaranmasından ötən 19 ildə zamanın  tələblərinə cavab verən silah istehsal etmək olduqca məsuliyyətli və çətin bir məsələdir. Azərbaycan bunun öhdəsindən gələ bildi. Bu müddətdə təkcə hərbi sursatlar deyil, eyni zamanda hərbi texnika və silah istehsalına nail oldu. Azərbaycan bir sıra hərbi texnikanın özündə istehsalını təşkil etdi, bu isə xarici bazardan asılılığımızı azaldı. Bu gün Azərbaycan müdafiə sənayesinin buraxdığı məhsullar təkcə ordumuzun deyil, eyni zamanda xarici ölkələrin də ordularında arzuolunan silahlardır. Təsadüfi deyil ki, Azərbaycan silahının alıcıları qismində ABŞ, Cənubi Koreya, İraq, bir sıra Afrika ölkələri var.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar