SON XƏBƏRLƏR

İranlılar Romada mitinqə çağırdılar

2025.04.19, 11:36
İranlılar Romada mitinqə çağırdılar

Xaricdə yaşayan və ölkədə monraxiya üsul-idarəsinin bərpasının tərəfdarı olan bir qrup iranlı İtaliyanın paytaxtı Romada mitinqə çağırış ediblər.

Gunaz.tv

Bu barədə onlar sosial media platformaları və bəzi fars dilli media kanallarında məlumat yayıblar.

Çağırışda xaricdə yaşayan mühacir və müxalif iranlılardan aprelin 19-u yerli vaxtla saat 13-17 arası Romanın «Piazza Dei Santi Apostoli» meydanında keçirilməsi nəzərdə tutulan mitinqə qoşulmaları istənilib.

ABŞ və İran nümayəndələrinin aprelin 19-da Romada planlaşdırılan nüvə danışıqları ilə eyni vaxtda keçirilən mitinqin məqsədinin danışıqları protesto etmək olduğu bildirilib.

"Bu vasitə ilə danışıqlarda iştirak edən ABŞ nümayəndələrinə etirazımızı çatdırıb və onların İran hökumətini yenidən canlandırmalarına icazə verməyəcəyimizi bəyan edəcəyik",- çağırışda deyilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar