SON XƏBƏRLƏR

Tokayev: Qazaxıstan ölkədə sülh və həmrəyliyə qarşı yönəlmiş hər hansı təxribatın qarşısını sərt şəkildə alacaq

2025.04.24, 12:14
Tokayev: Qazaxıstan ölkədə sülh və həmrəyliyə qarşı yönəlmiş hər hansı təxribatın qarşısını sərt şəkildə alacaq

Qazaxıstan ölkədə etnik qruplar arasında həmrəyliyi və sülhü pozmağa yönəlmiş hər hansı təxribat və böhtanların qarşısını sərt şəkildə alacaq.

Gunaz.tv

Bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasında bəyan edib.

K.Tokayev qeyd edib ki, bəzi "insan hüquqları təşkilatları, bloggerlər və jurnalistlər özlərini söz azadlığının müdafiəçiləri" kimi təqdim edərək, ölkədəki hər şeydə mənfi siyasi motivlər axtarmağa çalışırlar, əslində təxribatlar törədirlər.

"Qanun qarşısında hamı bərabərdir. Buna görə də biz ölkəmizdə etniklərarası həmrəyliyi və sülhü pozmağa yönəlmiş hər hansı təxribat və böhtanların qarşısını sərt şəkildə almağa davam edəcəyik", - o bildirib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar