SON XƏBƏRLƏR

Kanada Qəzzanın ərzaq təminatına 72 milyon dollar ayırıb

2025.04.26, 11:15
Kanada Qəzzanın ərzaq təminatına 72 milyon dollar ayırıb

Kanada hökuməti Qəzza zolağına ərzaq və digər humanitar yardımların alınması üçün BMT-yə 100 milyon Kanada dolları (72 milyon ABŞ dolları) verəcək.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, məlumatı ölkənin baş naziri Mark Karni sosial hesabında açıqlayıb.

O, qeyd edib ki, Kanada beynəlxalq hüququ müdafiə edir: “Bu yaxınlarda BMT-yə və digər etibarlı beynəlxalq tərəfdaşlara Qəzzaya ərzaq və humanitar yardım göstərməkdə dəstək olmaq üçün 100 milyon dollar ayırıb".

Karni həmçinin vurğulayıb ki, “İsrail tərəfindən ərzaq siyasi alət kimi istifadə edilə bilməz” və fələstinlilər radikal HƏMAS təşkilatının hərəkətlərinə görə məsuliyyət daşımamalıdırlar. Bununla əlaqədar olaraq o, BMT strukturları vasitəsilə anklava humanitar yardımların çatdırılmasını bərpa etməyə çağırıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar