SON XƏBƏRLƏR

Kim Çen In Ukraynaya qarşı döyüşənlərə abidə qoyacaq

2025.04.28, 12:00
Kim Çen In Ukraynaya qarşı döyüşənlərə abidə qoyacaq

Kim Çen In Rusiyanın Kursk vilayətində Ukraynaya qarşı istifadə etdiyi Şimali Koreya döyüşçülərinin “ədalət uğrunda” vuruşduqlarını və qəhrəman olduqlarını deyib.

Gunaz.tv

Onun sözlərini Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb: "Haqq uğrunda mübarizə aparanların hamısı qəhrəman və Vətən şərəfinin nümayəndələridir".

Koreya Fəhlə Partiyasının (WPK) Mərkəzi Hərbi Komitəsi (KHK) öz növbəsində qeyd edib ki, KXDR-dən olan döyüşçülər yüksək döyüş ruhu və kütləvi qəhrəmanlıq nümayiş etdirərək, “Ukraynada neonasist qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfələr veriblər”.

Kim Çen In əlavə edib ki, yaxın vaxtlarda Pxenyanda Kursk vilayətində Rusiya ordusuna dəstək verən KXDR döyüşçülərinə abidə ucaldılacaq.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar