SON XƏBƏRLƏR

Tramp Zelenskinin Krımdan imtina edə biləcəyini deyib

2025.04.28, 14:17
Tramp Zelenskinin Krımdan imtina edə biləcəyini deyib

Amerika Prezidenti Donald Tramp bildirib ki, Volodimir Zelenski Krımın Ukraynaya qaytarılması tələbindən əl çəkə bilər.

Gunaz.tv

Günaz TV "Oxu.az"a istinadən xəbər verir ki, Amerika lideri bu barədə Morristaun (Nyu-Cersi ştatı) şəhərinin hava limanında jurnalistlərə verdiyi açıqlamada söyləyib.

"Güman edirəm ki, bəli, o bunu etməyə hazırdır", - deyə D.Tramp vurğulayıb.

Fikrinin davamında Amerika prezidenti bildirib ki, Volodimir Zelenski onunla görüş zaman özünü sakit aparıb və sövdələşməyə hazır olduğunu bildirib:

"Gördüm ki, o, daha sakitdir. Məncə, o, nə baş verdiyini anlayır və saziş bağlamaq istəyir".

Qeyd edək ki, D.Tramp aprelin 26-da Vatikanda Papa Fransiskin dəfn mərasimində iştirak edib. O, səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş keçirib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar