SON XƏBƏRLƏR

Qoşaçay şəhər televiziyasında Traxtor oyunlarının televiziyada yayımlanması üçün lisenziya ləğv edilib

2025.04.30, 11:05
Qoşaçay şəhər televiziyasında Traxtor oyunlarının televiziyada yayımlanması üçün lisenziya ləğv edilib

“Traxtor” futbol komandasının oyunlarının Qoşaçay şəhər televiziyasında yayımlanması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılansa da bu gün şəhərin təhlükəsizlik şurası yayım üçün lisenziyanı ləğv edib.

Gunaz.tv

Yerli mənbələrin məlumatına görə, Qoşaçay şəhərTəhlükəsizlik Şurası dünən qəfildən turnirin yayım lisenziyasını ləğv edib. Qeyd edək ki, əvvəlki bir neçə oyunun ictimai yerlərdə tam nizam-intizam və təhlükəsizlik şəraitində, heç bir problem olmadan yayımlanıb. Ona görə də şuranın bu qərarının heç bir məntiqi əsası yoxdur.

Qərarın dəqiq səbəbi hələ rəsmi olaraq açıqlanmasa da, bəzi fərziyyələrə görə hökumət rəsmiləri insanların bir yerə toplanmasından narahatlıq duyur.

Traxtor komandasının Premyer Liqada çempionluq uğrunda həlledici oyunlara çıxdığı və İranın türklər yaşayan bölgələrindəki çoxsaylı azarkeşlərinin oyunları həvəslə izlədiyi bir vaxtda bu lisenziyanın ləğvi Qoşaçay əhalisinin narazılığına səbəb olub.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar