SON XƏBƏRLƏR

Evin həbsxanası qarşısında etiraz aksiyası keçirilib

2025.04.30, 12:26
Evin həbsxanası qarşısında etiraz aksiyası keçirilib

Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbusların ailə üzvləri həbsxana qarşısına toplaşaraq edam hökmlərinin artmasına etiraz edib, bu cəza növünün tətbiqinin dayandırılmasını tələb ediblər.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Üzərində "edama yox", "edam hökmlərinin icrasını dayandırın" şüarları yazılmış plakarlar qaldıran etirazçılar, insan haqları təşkilatlarından yardım istəyiblər.

Bununla eyni vaxtda İranın 41 həbsxanasında saxlanılan onlarla siyasi məhbus edam hökmlərinin dayandırılması tələbi ilə 24 saatlıq aclıq aksiyasına əl atıb.

Qeyd edək ki, hazırda İan həbsxanalarında siyasi baxışlarına görə edama məhkum edilən 54 məhbus var.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar