SON XƏBƏRLƏR

Türkiyə KİV: PKK 4 maddəlik bəyanatla özünü buraxır

2025.05.11, 14:12
Türkiyə KİV: PKK 4 maddəlik bəyanatla özünü buraxır

Xəbər verdiyimiz kimi, PKK terror təşkilatı Abdullah Öcalanın çağırışı ilə mayın 5-7-də qurultay keçirdiyini açıqlamışdı.

Gunaz.tv

Açıqlamadan sonra bütün gözlər növbəti addım olan “xitam” qərarının nə zaman veriləcəyidir.

GünazTV Türkiyə mediasına istinadla xəbər verir ki, müvafiq qərarın tezliklə açıqlanacağı bildirilir. "Independent Turkey" baş redaktoru Nevzat Çiçək qonağı olduğu tv100-də canlı yayımda PKK-nın qurultayında alındığı iddia edilən qərarları açıqlayıb.

Müvafiq olaraq, qərarlar aşağıdakılardır:

1- PKK-nın Türkiyə dövlətinə qarşı apardığı siyasi və hərbi qarşıdurma dayandırılacaq. Bundan sonra PKK siyasi və hüquqi yollarla müəyyən mübarizə aparacaq.

2- PKK-nın dağılması ilə bütün PKK fəaliyyətləri dayandırılacaq.

3- Ləğvetmə qərarının açıqlandığı tarixdən etibarən İraq, İran, Suriya və Türkiyədə PKK adına heç bir hərbi və siyasi iş aparılmayacaq.

4- PKK-nın silahlı mübarizəsinə son qoyulması prosesinin əməli icrasından PKK Məclis Şurası məsul olacaq. Türkiyədən PKK-ya qoşulan ünsürlərə aid silahların təhvil verilməsi üçün ortaq komitə yaradılacaq.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar