SON XƏBƏRLƏR

Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır

2025.05.11, 19:50
Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edilir ki, Ərdoğan Putinin İstanbulda Rusiya-Ukrayna danışıqlarının bərpası ilə bağlı bəyanatını alqışlayıb.

Türkiyə lideri bildirib ki, Rusiya-Ukrayna üzrə sülh danışıqlarına hərtərəfli atəşkəs üçün lazımi şərait yaradılacaq. "Sülh üçün fürsət pəncərəsi açılıb və hərtərəfli atəşkəs sülh danışıqları üçün lazımi şərait yaradacaq", - Ərdoğan vurğulayıb.

Danışıq zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar