SON XƏBƏRLƏR

“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəyəm” - Zelenski

2025.05.12, 12:19
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəyəm” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyədə ancaq şəxsən Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

Zelenski Amerika Prezidenti Donald Trampın sözügedən görüşün keçirilməsinə cavab olaraq deyib:

“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə görüşə gəlməmək üçün bəhanə axtarmayacaqlar”.

Eyni zamanda, Zelenski bəyan edib ki, Ukrayna mayın 12-dən əvvəllər təklif edilən tam atəşkəs rejimini gözləyəcək.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Ukrayna ilə 2022-ci ildə kəsilmiş birbaşa danışıqları heç bir şərt olmadan bərpa etməyi təklif edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Putinlə telefon danışığında Türkiyənin qalıcı həlli təmin edəcək danışıqlara ev sahibliyi etməyə hazır olduğunu, sülhə nail olmaq üçün fürsət pəncərəsinin açıldığını və hərtərəfli atəşkəsin sülh danışıqları üçün lazımi mühiti yaradacağını bildirib.

İki lider arasında baş tutan telefon danışığı ilə bağlı Kreml Sarayından verilən açıqlamada, “Türkiyə tərəfi davamlı sülhün əldə edilməsinə yönəlmiş danışıqların təşkili və aparılmasında hər cür köməklik göstərəcək” ifadəsi işlədilib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar