SON XƏBƏRLƏR

PKK-dan etiraf: Təşkilatın iki qurucusu öldürülüb

2025.05.12, 12:30
PKK-dan etiraf: Təşkilatın iki qurucusu öldürülüb

PKK terror təşkilatının ləğvi bəyannaməsində PKK-nın qurucuları Rza Altun və Ali Haydar Kaytanın Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında öldürüldüyü açıqlanıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, Kaytanın İraqın şimalında keçirilən əməliyyatda zərərsizləşdirildiyi bildirilib.

Türkiyə KİV yazır ki, PKK/KCK terror təşkilatının qurucularından biri, KCK “İcraiyyə Şurası”nın üzvü Ali Haydar Kaytanın ölməsi təşkilatın parçalanmasının qarşısını almaq və terrorçuların əhval-ruhiyyəsini yüksək tutmaq üçün gizli saxlanılıb.

PKK özünün qurucularından biri olan Kaytanın ölümünü gizlətmək üçün edam üsulundan istifadə edib.

eqejl-1747032944-9612.jpg

PKK/KCK-nin digər qurucularından biri Rza Altunun Türkiyə ordusunun əməliyyatlarında məhv edilməsi də etiraf olunub. Onun ölümü də uzun müddət eyni məqsədlərə görə gizli saxlanılıb.

PKK hər ikisi şəxsin məhv edildiyi barədə Türkiyənin rəsmi açıqlamalarını qəbul etməmişdi.

24a7h-1747032963-146.jpg

Xatırladaq ki, PKK-nın çətir təşkilatı KCK bundan əvvəl terror təşkilatının ləğv olunduğunu bəyan etmişdi.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar